Сервис


BAKOND Servis Mərkəzi

Şirkətin baş ofisinin yaxınlığında yerləşən və müasir diaqnostik avadanlıq və ən yeni texnika ilə təchiz edilmiş "BAKOND SERVİS" servis mərkəzi xidmət “şəffaflığı” ideologiyasının nəzərə alınması əsasında tikilib və geniş xidmət spektrini təklif edir.

"BAKOND SERVİS"-in tərkibinə kondisionerləşdirmə və telekommunikasiya üzrə montaj və təmir qrupları, TV, audio-videotexnika və məişət texnikasının təmiri üzrə bölmələr daxildir. “BAKOND SERVİS” öz müştərilərinin istək və ehtiyaclarının operativ şəkildə təmin edilməsi, qısa müddət ərzində təmir olunmuş avadanlığın istənilən detallarının vaxtında çatdırılması məqsədi ilə internet vasitəsilə Panasonic, LG Elektronics və digər aparıcı dünya istehsalçılarının servis şəbəkələrinə birləşib.

Bakond servisinə müraciət etdikdə siz əmin ola bilərsiniz ki, sizin texnikanıza yüksək peşakarlığa malik mütəxəssizlərimiz servis xidməti göstərəcək.

"BAKOND SERVİS"-də kadrların seçilməsi və professional hazırlığının təkmilləşdiriməsinə böyük diqqət göstərilir.

İstehsalçı tərəfindən təklif edilən yeni texnikanın işçi heyəti tərəfindən mənimsənilməsi məqsədi ilə rüblük təlimlər keçirilir, müntəzəm olaraq müxtəlif mövzularda seminarlar keçirilir. Bu seminarlara partnyor şirkətlərdən təcrübəli mütəxəssislər dəvət edilir. Həmçinin, işçi heyətin sistematik olaraq attestasiyadan keçirilməsi professional xidmət səviyyəsinin artmasına kömək edir. Bu cür attestasiyanın nəticələrinə əsasən hər bir işçinin işinin keyfiyyətinin artırılması məqsədi ilə konkret qərarlar qəbul edilir. Servis Mərkəzinin quruda, dənizdə və ölkənin bütün ərazisində çətinliklə gedilə bilən yerlərdə belə alıcılara xidmət göstərən səyyar mobil briqadaları vardır.

Bakonndan əldə etdiyiniz məişət texnikasında hər hansısa  nasazlıq yaranarsa və yaxud texnikanıza hər hansı bir servis xidmətinin göstərilməsinə ehtiyyac olarsa  aşağıda qeyd olunmuş ünvan və əlaqə nömrələri ilə əlaqə saxlamağınız məsləhət görülür:

Ünvan:       Bakı şəhəri, Nərimanov r-nu, Əhməd Rəcəbli küç. 28А


Tel./Faks:   (+99412) 465 54 54


İş saatları:  Hər gün (bazar günü istisna olmaqla) saat 9ºº-dan 18ºº-dək.

 

Sizə yüksək qayğı və məmnunluqla xidmət etmək bizim əsas məqsədimizdir! 


                

Сравнение (0)